Rusiyalı repçi Floridadakı adalardan birində köməksiz qalıb


Digərləri 02 Sen 2019 09:35:00 232 0

Rusiyalı repçi Floridadakı adalardan birində köməksiz qalıb

Rusiyalı repçi Ciqan ABŞ-ın Florida ştatında ailəsi ilə birlikdə qapalı qalıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə reper özü "İnstagram" səhifəsindən açıqlama verib.

ABŞ-ı cənginə alan "Dorian" qasırğası səbəbindən Flordiada bir adada köməksiz qalan repçi hələlik çıxışın mümkün olmadığını deyib.

Maraqlıdır ki, Ciqan ortancıl qızı Leyanın doğum gününü qeyd etmək üçün adadan ayrılmaq istəsə də, "Dorian" onlara belə imkan verməyib.

"Burada kiçik nəsə etmək istəyirdik, amma qasırğanın şüddəti üçüncü dərəcədədir. Mağazalar işləmir, küçəyə çıxmaq olmur, hər şey qapadılıb", - repçi yazıb.

(adsgarden = window.adsgarden || []).push({});