Malidə binanın çökməsi nəticəsində 12 nəfər ölüb


Dünya 02 Sen 2019 09:02:00 219 0

Malidə binanın çökməsi nəticəsində 12 nəfər ölüb

Malinin paytaxtı Bamakoda binanın çökməsi zamanı 12 nəfər ölüb, 26 sakin xilas edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Malinin Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyi "Twitter" səhifəsində bildirib.

Məlumata əsasən, üç mərtəbəli bina yerli vaxtla saat 4:00-də çöküb. Xilasetmə işləri bütün gün davam edib:

"Saat 18.30-a olan vəziyyətə görə, Bankoni Salembuqu (Bamako) rayonundakı binanın çökməsi zamanı 38 nəfər xilas edilib, onların arasında 12 nəfər həlak olub".