Kürdəmirin mərkəzi bazarında yanğın başlayıb


Digərləri 02 Sen 2019 08:37:00 201 0

Kürdəmirin mərkəzi bazarında yanğın başlayıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayon mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.​