Türkiyədə avtomobil çaya düşüb: ölənlər var


Dünya 02 Sen 2019 08:40:00 208 0

Türkiyədə avtomobil çaya düşüb: ölənlər var

Türkiyənin Kahramanmaraş vilayətində yüngül ticari avtomobil çaya düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Kahramanmaraş-Ekinözü avtomobil yolunda baş verib.

Qəza nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.