Uşaqsız ailələrdə boşanma halları artıb


Digərləri 02 Sen 2019 08:19:00 218 0

Uşaqsız ailələrdə boşanma halları artıb

Azərbaycanda son üç il ərzində uşaqsız ailələrdə boşanma halları artıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2016-cı ildə ölkədə boşanmış 13114 nəfərin 6146-ı uşağı olmayanlar olduğu halda, 2017-ci ildə 14514 boşanma halının 6444-ü bu şəxslərin payına düşüb.

2018-ci ildə Azərbaycanda 14857 boşanma halı qeydə alınıb ki, onun da sonsuz ailələrin payına düşüb. Keçən il ölkədə uşağı olmayan 6559 nəfər boşanıb.

Ötən il boşanmaların 3894-ü biruşaqlı, 4404-ü iki və daha çox uşağı olan ailələrdə qeydə alınıb.

Uşağı olmayan ailələr arasında ən çox boşanma halı 1990-cı ildə, ən az boşanma halı 2002-ci ildə qeydə alınıb. 1990-cı ildə 8853, 2002-ci ildə 3371 uşaqsız ailədə boşanma qeydə alınıb.

Ötən illər ərzində ölkədə iki və daha çox uşağı olan ailələrdə də boşanma halları artıb. Keçən il belə ailələrdə qeydə alınan boşanma halları hətta ən yüksək həddə çatıb. 2018-ci ildə belə ailələrdə 4404 boşanma halı qeydə alınıb ki, bu da 2017-ci ildəki (4124) göstəricidən də çoxdur.

Ötən müddətdə valideynlərin ayrılmasından zərər çəkən uşaqların sayı da çoxalıb.

2018-ci illdə boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 13842 (2017-ci ildə 13110) olub ki, bu da hər 100 boşanmaya 167 (2017-ci ildə 162) uşağın düşməsi deməkdir.