İsmayıllıda sex yanıb


Digərləri 02 Sen 2019 07:55:00 221 0

İsmayıllıda sex yanıb

İsmayıllı rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Basqal qəsəbəsində hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 300 m² olan kəlağayı sexinin içərisində dəzgahların ətrafına çəkilən şüşə pambıq üzlük 20 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​