İnteryerdə istifadəsi rahat olmayan 5 tendensiya FOTO


Digərləri 02 Sen 2019 07:35:00 233 0

İnteryerdə istifadəsi rahat olmayan 5 tendensiya  FOTO

Rəsmlərdəki interyerlər həmişə ideal görünür. Lakin çox az adam bilir ki, onların bir neçəsi rahatlıq üçün deyil, məhz gözəllikdən ötrü yaradılıb. Ona görə də siz müasir tendensiyalara riayət etmək və otağınızı parlaq jurnallardan olan əşyalarla bəzəmək istəyirsinizsə, o zaman bunu çox ehtiyatla etməlisiniz. Çünki, fotoşəkillərdə gördüyünüz interyerlərin əksəriyyəti gündəlik həyatımıza uyğun deyil.

Son.az AZƏRTAC-a istinadən ən uğursuz və moda dekoratorlarının bizi rahatsız edən "ixtiralarını" sizə təqdim edir.

Fincan formasında şüşə çanaqlar

Bu cür çanaq çox gözəl, dəbə uyğun və qeyri-adi görünür. O, istənilən interyerə ideal şəkildə uyğun gəlir. Lakin onu hamam otağında quraşdırmaq yalnız gözəllik xətrinə məsləhət görülür. Belə ki, həmin dəbli dizayner əşyasını daim yumaq tələb olunur. Onun üzərindəki ləkələri və bütün korpusu yumaqla yanaşı, alt hissəsini və ətrafını da təmizləmək lazımdır. Çünki, su damcıları daha çox divara sıçrayır.

Əgər siz suyu bir az güclü açsanız, onda bütün vanna otağını yumanız lazım gələcək. Çünki su ətrafa yayılacaq. Bu səbəbdən həmin "rahat" çanaq ilə siz daim suyun təzyiqini nəzarətdə saxlamağa məcbur olacaqsınız.

Əgər evdə körpə uşaq varsa, onlar üçün xüsusi stul almaq lazım gələcək. Çünki onlar bu "möcüzəli" ixtiradan asanlıqla istifadə edə bilməyəcəklər. Belə ki, onlar yetərincə hündür məsafədə quraşdırılır. Əlbəttə, çanağı bir az aşağıda da yerləşdirmək olar. Amma belə olan halda vanna otağının təmizlənməsi daha problemli olacaq.

Ayaqlar üzərində ayrıca quraşdırılmış vanna

Ayaqlar üzərində ayrıca quraşdırılmış vanna daha bir dəbdəbəli əşyadır. Amma onun istifadəsi o qədər də rahat deyil. Bu cür vannanı quraşdırmaq çətindir, çünki daha böyük otaq və xüsusi xidmət tələb edir. Onun səthi hamar deyil, məsaməli olduğundan içərisini təmizləmək də çətinlik törədir. Belə ki, bunun üçün xüsusi və bahalı təmizlik vasitələri tələb olunur. Bu vannada yuyunmaq üçün oturmaq lazımdır. Duş qəbul etmək də rahat deyil, çünki su divarlara sıçrayır.

Vannanın ətrafına pərdə çəkmədən suyun döşəməyə axmasını əngəlləmək mümkün deyil. Əgər siz onun içərisində oturaraq yuyunmaq istəyirsinizsə, oradan çıxmaq çətin olacaq. Çünki, bu vannanın kənarları da hündürdür.

Açıq rəflər

(adsgarden = window.adsgarden || []).push({});