Övladın düzgün dini tərbiyə alması üçün valideynin bunlara riayət etməsi lazımdır


Digərləri 01 Sen 2019 23:55:00 277 0

Övladın düzgün dini tərbiyə alması üçün valideynin bunlara riayət etməsi lazımdır

Hər bir valideynin arzusu budur ki, övladı tərbiyəli, əxlaqlı və cəmiyyətə xeyirli bir insan olsun. Xüsusilə də dindar valideynlərin dini tərbiyə görmüş uşaqlardan gözləntiləri daha çoxdur.

Son.az deyerler.org-a istinadən bildirir ki, valideyn istəyir ki, övladı tərbiyə və əxlaqını dini əsaslar üzərində təkmilləşdirsin və Allaha, Müqəddəs Kitaba, Məsumlara (ə) bağlı bir insan olsun. Atdığı hər bir addımda Allahın razılığını nəzərə ala bilsin.

Bəs valideyn dini tərbiyədə nələrə riayət etməlidir?

1. Dini təhsilin uşağın yaşı və ağılının inkişafı ilə uyğun gəlib-gəlmədiyinə diqqət etmək lazımdır.

2. Övladınız sizə dini sual verən zaman onu düzgün şərh etməli və dini vəzifəsi ilə tanış etməlisiniz.

3. Dini tərbiyənin ən yaxşı yolu - birbaşa olmayan yoldur. Yəni, danışmadan, göstəriş vermədən öz əməllərinlə övladına dini tərbiyə verirsən.

4. Övladınızın dini mövzularda sual verməkdə istəkli olması üçün şərait yaratmalısınız.

5. Dini tərbiyə övladınızın həm cismini, həm ağlını, həm hisslərini, həm də ictimai rabitəsini əhatə etməlidir.

(adsgarden = window.adsgarden || []).push({});