Türkiyə Suriyada yeni əməliyyat keçirmək niyyətindədir - Ərdoğan


Digərləri 01 Sen 2019 23:57:28 191 0

Türkiyə Suriyada yeni əməliyyat keçirmək niyyətindədir - Ərdoğan

Türkiyə Suriyada Fərat çayının şərqindəki terror yuvalarını məhv etmək qərarındadır

Bakı. Türkiyə Suriyada Fərat çayının şərqindəki terror yuvalarını məhv etmək qərarındadır. Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada çıxışı zamanı deyib. Türkiyə prezidenti qeyd edib: "Fəratın şərqi indi gündəmimizdədir. Fəratın şərqindəki terrorçuların yuvalarını məhv etməyə qərarlıyıq".