Ən çox ABŞ istiqrazlarına sahib xarici ölkə dəyişib


Digərləri 01 Sen 2019 23:35:00 243 0

Ən çox ABŞ istiqrazlarına sahib xarici ölkə dəyişib

ABŞ dövlət istiqrazlarının ən çox sayına sahib olan ölkələr sırasında bu ilin iyun ayında birinci yerə Yaponiya çıxıb, Çin ikinci yerə enib.

Son.az moneta.az-a istinadən bildirir ki, mart ayından 21,9 milyard dollarlıq ABŞ dövlət istiqrazları satın alan Yaponiya onların balansındakı ümumi dəyərini 1.122 milyard dollara, Çin isə eyni müddət ərzində 2,3 milyardlıq ABŞ istiqrazları alaraq onların ümumi həcmini 1.112 milyard dollara çatdırıb.

Son iki il ərzində ABŞ istiqrazlarına sahiblikdə dünyada birinci olmuş Çinin ABŞ ilə ticarət müharibəsilə bağlı həmin istiqrazları satışa çıxara, yaxud danışıqlar zamanı bunu edəcəyilə qarşı tərəfi hədələyə biləcəyi bildirilir.

Sözügedən göstəriciyə görə üçüncü yerdə olan Böyük Britaniya isə vur-tut 342,2 milyard dollar həcmində ABŞ dövlət istiqrazlarına malikdir.

(adsgarden = window.adsgarden || []).push({});