“YouTube”un alətlərindən biri pulsuz olur


Digərləri 01 Sen 2019 23:25:00 232 0

“YouTube”un alətlərindən biri pulsuz olur

"YouTube" tərəfindən pullu alət olaraq hazırlanan və 2016-ci ildə işə salınan "YouTube Originals" 2019-cu ilin sentyabrın 24-dən etibarən pulsuz olur.

Son.az facemark.az-a istinadən bildirir ki, orjinal film, serial, tədbirlərdən ibarət olan kanala hazırda "YouTube Premium" istifadəçilərinin əli çatır.

"YouTube Originals" məzmunlarını bütün istifadəçilərə pulsuz təklif etsə də, premium abunəçilər kontenti reklamsız və yayımlandığı anda izləyə biləcəklər.

Premium istifadəçilər, həmçinin filmlərə çıxış tarixində baxmaq, oflayn izləmək, əlavə kontentlərə baxmaq, yükləmək imkanına sahib olmağa davam edəcəklər.

"YouTube" premium abunəçilərinin başqa bir üstünlüyü isə kitablıq bölməsindən yeni "Təklif edilən yükləmələrdə" maraqlı videoları tapmağı asanlaşdırır.

(adsgarden = window.adsgarden || []).push({});