Aston Martin Valhalla Silverstounda dövrə vurub VİDEO


Digərləri 01 Sen 2019 23:30:00 236 0

Aston Martin Valhalla Silverstounda dövrə vurub  VİDEO

Aston Martin şirkəti Valhalla modelinin yarış trekində dövrə vurmasının ilk videogörüntülərini təqdim edib. Aerodinamikası Red Bull Racing komandası ilə birgə yaradılmış superkar Silverstoun trekində bir neçə dövrə vurub. Valhalla birlikdə trekə Aston Martin şirkətinin bayraqdarı Valkyrie də çıxıb.

Son.az autograph.az-a istinadən bildirir ki, ümumi qiyməti 4,5 milyon dollar olan ortamühərrikli Aston Martin hiperkarları Formula 1 çempionatının mərhələlərindən biri olan Britaniya Qran Prisi öncəsi Silverstoun trekinə çıxıblar. Aston Martin şirkətinin mətbuat xidmətinin dərc etdiyi videoçarxda Valkyrie hiperkarını kamuflyaj örtüyünə malik olduğu nəzərə çarpır.

Aston Martin Valhalla modelinin əsasını karbon monokok təşkil edir. Avtomobilin kuzov panelləri də karbondan hazırlanır. Kupe V6 turbomühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu, aktiv asqı, yeyinçıxarılan konteyneri olan Nexcel yağlama sistemi  və Vulcan trek modelindən alınmış elektron idarəetmə bloku ilə təchiz edilir.

(adsgarden = window.adsgarden || []).push({});