Həzrət İbrahimin Allahın Xəlili olması hadisəsi


Digərləri 01 Sen 2019 23:10:00 243 0

Həzrət İbrahimin Allahın Xəlili olması hadisəsi

Həzrət İbrahim (ə) çox qeyrətli insan idi. Nə zaman hacətinə görə evindən çıxsaydı, evinin qapısını mütləq qıfıllayardı. Açarı da özü ilə aparardı. Bir gün hacətinə görə evindən çıxır və qapını bağlayır. Hacətini görəndən sonra evinə qayıdır və qapını açır. Anidən evində xoş üzlü və gözəl bir insanı görür və qeyrəti ona qələbə çalır və ondan soruşur: "Ey Allah bəndəsi! Səni mənim evimə kim buraxıbdır?".

O şəxs cavab verir: "Ev sahibi məni bura daxil edibdir".

Həzrət İbrahim (ə) buyurur: "Bu evin sahibi və rəbbi məndən daha layiqlidir, sən kimsən?".

O şəxs deyir: "Mən ölüm mələyiyəm".

Həzrət İbrahim (ə) fəğan edir və deyir: "Gəlmisən ki, ruhumu qəbz edəsən?".

Ölüm mələyi deyir: "Xeyr, Allah Təala bəndələrdən birini öz xəlil qərar vermişdir, gəlmişəm ki, ona müjdə verəm".

(adsgarden = window.adsgarden || []).push({});