Əfqanıstanın Kunduz şəhərinə edilən hücumda 25 nəfər ölüb


Dünya 01 Sen 2019 22:44:00 209 0

Əfqanıstanın Kunduz şəhərinə edilən hücumda 25 nəfər ölüb

Əfqanıstan təhlükəsizlik qüvvələrinin ən azı 20 üzvü və 5 mülki şəxs "Taliban" hərəkatının silahlılarının Kunduz şəhərinə edilən hücumu nəticəsində həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "TOLO News" telekanalı bildirib.

Məlumata əsasən, daha 80 nəfər, əsasən mülki şəxslər yaralanıb.

Qeyd edilir ki, hal hazırda şəhər "Taliban" silahlılardan təmizlənib və hakimiyyətin nəzarəti altındadır. Hərəkatın 56 silahlısı məhv edilib.