Heyvanların ruhunu kim alır?


Digərləri 01 Sen 2019 22:45:00 229 0

Heyvanların ruhunu kim alır?

Heyvanların ruhunu kim alır? Bu məsələ haqqında ancaq bəzi hədislərimiz bizə açıqlamalar vermişdilər ki, onları iki dəstəyə bölmək olur. Amma bu hədislərdə birbaşa deyilməmişdir ki, heyvanların ruhunu qəbz edən kimdir.

1. Bəzi nəzərlərə görə, bütün canlıların canını Əzrayil (ə) alır, eləcə də heyvanların da.

2. Bəzi nəzərlərə görə isə Allah bu iş üçün dörd mələyi məmur etmişdir.

Alimlər deyir ki, ölüm və həyat Allah Təalanın əlindədir. Ona görə də mələklər tərəfindən ruhların qəbz edilməsi kifayətdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Əllamə Məclisi bu haqda buyurur: "Hədislərimizin heç birində bu iki nəzər birmənalı təsdiq edilməmişdir. Ona görə də bu haqda nəzər verməkdə ehtiyat etmək lazımdır".

Əzrayildən (ə) belə bir hədis nəql edilir ki, buyurur: "Mənim heç bir şeyin, hətta ağcaqanadın ruhunu qəbz etməyi belə Mənnan Allahın icazə olmadan etməyə qüdrətim yoxdur". Bu hədisə əsaslanaraq deyirlər ki, heyvanların ruhunu qəbz etmək işi Əzrayilə (ə) tapşırılmışdır.

(adsgarden = window.adsgarden || []).push({});