Yəməndə həbsxanaya edilən hava hücumunda ən az 86 insan həlak olub


Digərləri 01 Sen 2019 22:43:00 206 0

Yəməndə həbsxanaya edilən hava hücumunda ən az 86 insan həlak olub

Yəmənin mərkəzindəki Damar vilayətində həbsxanaya edilən hava hücumu nəticəsində ən az 86 nəfər həlak olub

Bakı. Yəmənin mərkəzindəki Damar vilayətində həbsxanaya edilən hava hücumu nəticəsində ən az 86 nəfər həlak olub. Trend-in məlumatına görə, hücumlar şənbə günü yerli vaxtla təxminən 11.00-da başlayıb, hava hücumlarının sayı 13 olub. Bildirilir ki, hazırda 86 cəsəd Qızıl Aypara Qrupu tərəfindən çıxarılıb. Ümumi yaralıların sayı 40 nəfərdir.