Onlayn qida alışveriş trendi yüksəlişdədir


Digərləri 01 Sen 2019 22:25:00 763 0

Onlayn qida alışveriş trendi yüksəlişdədir

Son dövrlər sizin də diqqətinizi çəkmişdir. Artıq bir çox insan qida alış-verişi üçün onlayn kanallara üstünlük verir. Türk istifadəçisi uzun zamandır ki, hazır yemək sifarişi üçün onlaynı aktiv istifadə edir. Ancaq indi onlar market alış-verişində də e-ticarətə yönəlirlər.

Son.az facemark.az-a istinadən bildirir ki, bunun bir çox səbəbi var. Qida məhsullarının qiymətinində dalğalanma, istehlakçıların sürətlə maariflənməsi, uyğun qiymət axtarışı, çatdırılma yarışına girən e-ticarət saytlarının eyni gün çatdırılma seçimləri və yerli məhsullara asan əlçatanlıq səbəblərdən bəziləridir.

Bəs sual oluna bilər ki, istehlakçıları qida alış-verişində onlayna sövq edən səbəblər içərisində hansı daha çox üstünlük təşkil edir? Ən çox hansı platformalar seçilir? Ağızdan-ağıza marketinq agentliyi Fikri Mühim bu suallara cavabı "Digital Age" üçün araşdırıb.

İstehlakçı fərqli seçim və aşağı qiymət axtarışındadır

Araşdırma agentlik tərəfindən iyunun 21-25-də həyata keçirilib. Sorğuda iştirak edənlərin 61%-nin yaş aralığı 18-34 olub. Ümumilikdə sorğuya 1000 nəfər qatılıb.

Tədqiqata görə, respondentlərin 50%-i ayda 1-2 dəfə, 28%-i həftədə 1-2 dəfə internetdə alış-veriş etdiklərini deyib. İnternetdə edilən alış-verişlərdə isə istifadəçilərin 38%-i 100-249 TL ( 30 AZN-72 AZN) arasında pul xərcləyib. İnternet alış-verişlərində ən çox üstünlük verilən kateqoriyalar isə belədir:

Geyim -77%

Nəqliyyat - 65%

Yemək sifarişi - 61%

Şəxsi qulluq vasitələri - 60%

Elektronika - 59%

(adsgarden = window.adsgarden || []).push({});