Həyatımızda yaranan düyünləri necə açmaq olar?


Digərləri 01 Sen 2019 22:25:00 249 0

Həyatımızda yaranan düyünləri necə açmaq olar?

Allah Təala bu dünyaya xas olan bir çox xüsusiyyətləri tanımağımızı istəyir. Bu xüsusiyyətləri bilməsək, dünya bizi öz dərdləri və problemləri ilə labirintindən çıxtmağa qoymayacaq. Bu xüsusiyyətləri də bilmək üçün Qurani-Kərimdə  "Bilmədiklərinizi zikr əhlindən soruşun" ayəsini əsas götürərək, Əhli-Beytə (ə) müraciət etməliyik. İmamlardan (ə) nəql edilən hədislərə və  dua xəzinəsinə ciddi şəkildə diqqət etməliyik.

Bir müddətdir bəhs etdiyimiz "Kumeyl" duası - bu xəzinənin ən bahalı dürlərindəndir. Mövla Əlinin (ə) bizə təqdim etmək istədiyi ən ciddi mesajlardan biri də insanın düşə biləcəyi çətin durumların tanıdılmasıdır:

"Düşdüyüm çətin vəziyyətdə dadıma çat! Məni günahlarımın dolaşıq düyünlərindən qurtar!".

Həzrət Əli (ə)  günah burulğanına düşən kəsin dili ilə munacatlar edərək, qeyd edir ki, "Düşdüyüm çətin vəziyyətdə dadıma çat". İmam (ə) bu cümlə ilə bizə izah edir ki, insanın ən narahat ola biləcəyi çətin durumlardan biri də məhz günah girdabına yuvarlanmaqdır. Çünki, İmamın (ə) nəzərində bizim üçün digər - dünya, sağlamlıq və ya başqa mövzulardakı çətinliklərimiz də dilə gətiriləsi olsaydı, mütləq duada zikr edilərdi. Sadaladığımız digər çətinliklər də zatən günahlarımızın nəticəsi olaraq həyatımıza daxil olur. Deməli, insan bu dünyada yalnız etdiyi günahlar üçün narahat olmalı və məhz bu durumu çətin vəziyyəti olaraq qəbul etməlidir.

Eyni zamanda, insan bu durumda yenə Uca Rəbbinə yönəlməli və ondan məğfirətlər diləməlidir. Bu günahların digərlərinin də yanında faş etməmək və özünə zillət donunu geyindirməmək üçün diqqət etməlidir.

"Məni günahlarımın dolaşıq düyünlərindən qurtar". Əmirəlmöminin (ə) bizə günahın xas xüsusiyyətlərindən birini də tanıdır. Günah insanın düzgün təfəkkür etməsinə, qərar verdiyi işləri icra etməsinə mane olur. İmam (ə) günahın insanın həyatında düyün kimi maneəyə çevrilməsini qeyd etməklə, bizə xüsusi bir mesaj verir.

(adsgarden = window.adsgarden || []).push({});