Audi RS6 Avant 600 at qüvvəli mühərrikə sahib olub VİDEO FOTO


Digərləri 01 Sen 2019 22:30:00 296 0

Audi RS6 Avant 600 at qüvvəli mühərrikə sahib olub  VİDEO  FOTO

Audi şirkəti Şimali Amerikada satılacaq "bərkgedən" RS6 Avant universalını təqdim edib. Universalın avropa bazarı üçün nəzərdə tutulmuş versiyası gələn ay Frankfurtda keçiriləcək avtosalonda nümayiş etdiriləcəkdir. "Bərkgedən" universal diler salonlarında ilin sonunda peyda olacaqdır.

Zahiri cəhətdən yeni Audi RS6 Avant digər A6 modellərindən aqressiv kuzov dəsti və A7 Sportback modelinin üslubunda tərtibata malik olan ön fənərləri ilə seçilir. Audi RS6 Avant modelinin yeni nəsli 40 mm artırılmnış təkər izinə, genişləndirilmiş təkər tağlarına, özünəməxsus iri hava girişləri olan ön bamperə, yeni arxa bamperə və gümüşü rəngli güzgü gövdələrinə sahibdir. Yeni aerodinamik kuzov elementləri sayəsində RS6 universalı adi A6 Avant modelindən 80 mm enlidir.

Avtomobilin salonunda idman oturacaqlarını, cihazlar panelinin RS-tərtibatını, "kəsilmiş" sükan çarxını və xüsusi dekoru görmək olar.

Audi RS6 Avant modeli əvvəlki kimi 4,0-litrlik V8 biturbomühərriki ilə hərəkətə gəlir. Təkmilləşdirilmiş mühərrik 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Bu əvvəlki modeldə olduğundan 40 at qüvvəsi və 100 Nm çoxdur. Yeni mühərrik 48-voltluq startyor-generator, səkkjz pilləli "avtomat" və quattro tam ötürməsi ilə tandemdə çalışır.

Yeni Audi RS6 Avant modeli 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir. Xatırladaq ki, əvvəlki RS6 Avant bu işə 3,9 saniyə sərf edirdi. "Bərkgedən" universalın maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Əlavə ödənişlə, bu həddi 280 və ya 305 km/saata qədər çəkmək olar.

Universalın hərəkət rejimləri komfort, avtomatik, dinamik, qənaətcil və iki tənzimlənən RS1 və RS2 rejimlərindən ibarətdir. Sürücü pedalın, sükan idarəetməsinin, asqının həssaslığını və buraxılış sisteminin səsini öz zövqünə uyğun tənzimləyə bilər.

(adsgarden = window.adsgarden || []).push({});