Həzrət İbrahimin (ə) ölüm mələyinə verdiyi sual


Digərləri 01 Sen 2019 22:15:00 213 0

Həzrət İbrahimin (ə) ölüm mələyinə verdiyi sual

Mərhum Feyz Kaşani "Vafi" və "Şafi" adlı kitablarında belə yazır: "Quranın ən çox bəhs etdiyi peyğəmbərlərdən biri olan Həzrət İbrahim (ə) əyləşmişdi. Ölüm mələyi onun yanına gəlir. İbrahim (ə) ona deyir: Ölümüm yaxınlaşıbdır? Deyir: Yox. İbrahim (ə) deyir: O zaman ki, ölüm mələyi gəlir, deməli işin bitibdir. O, dedi: Hələ dünyada qalmaq üçün möhlətin vardır. İbrahim (ə) soruşdu: Nə üçün gəlmisən? Ölüm mələyi dedi: Səni görmək üçün gəlmişəm. İbrahim (ə) dedi: Canını aldığın insanın yanına gələndə əsl qiyafəndə gəlirsən? Dedi: Yox, Yaxşıların yanına bir cür gəlirəm, pislərin yanına başqa cür. İbrahim (ə) ona dedi: Yaxşı insanların yanına gəldiyin qiyafəni mənə göstər. Ölüm mələyi dedi: Başını çevir və mən o şəklə düşüm. İbrahim (ə) üzünü çevirib, ona baxanda bihuş olur. İbrahim (ə) deyir: Heç bir zülmkarın cəhənnəmə getməsinə ehtiyac yoxdur, səni görsələr bəsləridir".

Ölüm mələyi - Allahın aynasıdır. O zaman ki, möminin yanına gələr, onun əksi ölüm mələyinin qiyafəsinə düşər. Mömin özünü ölüm mələyində görər. Kafir də özünü ölüm mələyində görər.

O zaman ki, insan qəlb gözü ilə ətrafa baxar, şad yaşayar, qüssə yeməz. O zaman ki, ətrafa Allahın gözü ilə baxar, görər ki, bütün aləm Yusif olmuşdur".

(adsgarden = window.adsgarden || []).push({});