İnsanı mütləq behiştə aparacaq 4 əməl


Digərləri 01 Sen 2019 21:40:00 274 0

İnsanı mütləq behiştə aparacaq 4 əməl

Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! Hər kimdə bu dörd əməl cəm olar, Allah behiştdə onun üçün ev inşa edər:

1. O kəs ki, yetimə pənah verər.

2. Çarəsizə və zəifə rəhm edər.

3. Ata və anasına qarşı mehriban olar.

4. Qul və ya əlinin altında olanlarla mehriban rəftar edər.

Ey Əli! Hər kim yetimə maddi cəhətdən o ölçüdə yardım edər ki, ehtiyacsız olar - behişt ona lazım olar. Hər kim rəhm əlini yetimin başına çəkər - bu əməlin savabına görə yetimin saçının hər tükünə görə Allah Qiyamət günü ona parlayan nur əta edər".

1. Yetimə pənah vermək o mövzulardandır ki, Məsumlarımız (ə) davamlı olaraq onu tövsiyə etmişdilər. İmam Sadiq (ə) buyurur: "Hər kim Allahın rəhmətinə şamil olmaq istəyir və behiştə daxil olmaq istəyir - gərək yetimlərə qarşı ürəkyanan və mehriban olsun".

Qurani-Kərimdə Allah Təala saleh əməlləri bir-bir sayır və Allaha, Qiyamət gününə, peyğəmbərlərə (ə), səma kitablarına və mələklərə imandan sonra yetimə nəvaziş göstərməyi saleh əməl kimi təqdim edir.

Qurani-Kərim buyurur: "Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını, çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir". ("Bəqərə" 177).

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim yetimə himayəçilik edər, o zamana qədər ki, ehtiyacsız olar, Allah behişt onun üçün vacib edər. Əgər kimsə yetimin malına xəyanət edər - cəhənnəmə layiqdir".

(adsgarden = window.adsgarden || []).push({});