N bölməsi Project C indeksli i30 N hetçbekini hazırlayıb FOTO


Digərləri 01 Sen 2019 21:30:00 223 0

N bölməsi Project C indeksli i30 N hetçbekini hazırlayıb  FOTO

Məlum olduğu kimi, Hyundai şirkətinin N bölməsi "qaynar" modellərin hazırlanması ilə məşğul olur. N bölməsinə isə, vaxtı ilə BMW şirkətinin M GmbH bölməsinə başçılıq etmiş Albert Birmann rəhbərlik edir. Görünən odur ki, Birmann yeni iş yerinə bu sahədəki böyük təcrübəsi ilə birlikdə, bavariya yanaşmasını da gətirib.

Bəs bavariya yanaşması nədən ibarətdir? Çox sadə. Əvvəlcə baza modelini buraxırsan, sonra isə, sürət aşıqlərini xüsusi versiyalarla cəlb edirsən. Buna misal kimi, Hyundai i30 N modelinin Project C indeksini almış xüsusi versiyasını göstərmək olar.

Son.az autograph.az-a istinadən bildirir ki, idman bölümünün adındakı "N" hərfi koreya markasının Namyanqdakı elmi-texniki mərkəzinə işarə edirsə də, Project C həmin mərkəzin test trekinin Area C adlı hissəsindən xəbər verir. Yeri gəlmişkən, Area C-də ən güclü və sürətli avtomobilləri sınaqdan keçirirlər. Burdan isə, bir nəticə çıxarmaq olar -  Hyundai i30 N Project C modelinin dinamikası digər N-modellərini üstələyəcəkdir.

Qeyd etmək gərəkdir ki, xüsusi versiyadan olan hetçbekin mühərriki seriya Hyundai i30 N modeli ilə eyni gücə malikdir - 275 at qüvvəsi.  Yaxşılaşdırılmış dinamikaya isə, daha yüngül və sərt kuzov, həmçinin 19-düymlük yüngül yarış diskləri sayəsində nail olunub. Koreyalılar ətraflı məlumat ilə bölüşməsələr də, kuzovun bir sıra detallarının karbondan hazırlandığı və asqının hündürlüyünün azaldıldığını bildiriblər.

Dərc edilmiş şəkildəki kamuflyajlı hetçbekin N bölməsinin firma mavi rənginin əvəzinə parlaq-narıncı rənglə boyandığı da diqqəti çəkir. Əlbəttə ki, bu rəng dinamikaya heç bir təsir göstərmir, lakin nədən isə xəbər verir.

(adsgarden = window.adsgarden || []).push({});