Porsche Taycan modelinin ön paneli nümayiş etdirib FOTO


Digərləri 01 Sen 2019 21:01:00 222 0

Porsche Taycan modelinin ön paneli nümayiş etdirib  FOTO

Porsche şirkəti Taycan elektrokarının ön panelinin şəklini dərc edib. Eyni zamanda, alman istehsalçısı avtomobilin multimedia sisteminə Apple Music musiqi xidmətinin inteqrasiya edildiyini bildirib. Beləliklə, Porsche Taycan 50 milyona yaxın musiqinin saxlandığı iTunes Store kitabxanasına girişi olan ilk seriya avtomobili olacaqdır.

Apple Music xidmətinə pulsuz abunə Taycan moidelinin baza təchizatına daxil ediləcəkdir. Musiqili xidmətin aktiv istifadəçiləri üç aylıq əlavə abunə, yeni qeydiyyatdan keçənlər üçün isə, altı aylıq pulsuz abunə aktivləşdiriləcəkdir. Bundan başqa, Porsche Taycan modelinin qiymətinə xarici antennası olan üçillik pulsuz avtomobil interneti və rouminq paketi daxil ediləcəkdir.

Son.az autograph.az-a istinadən bildirir ki, Apple Music xidmətinin avtomobilin məlumat-əyləncə sisteminə inteqrasiyası, sürücünün diqqətini sensorlu ekrana yayındırmadan, sükandakı düymlər vasitəsilə bu xidmətdən istifadə etməyə imkan verəcəkdir. Bundan başqa, Taycan modelinin sahibi hesabını aktivləşdirmək üçün, özü ilə mobil telefonu və ya planşeti də götürməyə bilər.

Yeni multimedia sisteminin gələcəkdə digər Porsche modellərində quraşdırılacağı da istisna edilmir. Ön panelə gəldikdə isə, onun və sükan çarxının 992 seriyasından olan 911 modelindən götürüldüyü diqqət çəkir. Rəqəmsal cihazlar paneli isə, beş mümkün olan hərəkət rejimlərindən - Normal, Sport, Sport+, Indıvıdual və Range, - xəbər verir. Çox güman ki, Range rejimi maksimal yürüyüşü təmin edir.

(adsgarden = window.adsgarden || []).push({});