Dünyada ən son kim öləcək?


Digərləri 01 Sen 2019 21:10:00 237 0

Dünyada ən son kim öləcək?

Yəqub Əhmər nəql edir: "İmam Sadiqin (ə) yanına gəldim ki, (oğlu İsmayilə) görə başsağlığı verim. Həzrət (ə) ona rəhmət göndərdi və sonra buyurdu: "Allah peyğəmbərinə ölümündə başsağlığı vermiş və buyurmuşdur: "Həqiqətən sən öləcəksən və ölüm hamını əhatə edəcəkdir".

Ondan sonra danışmağa başladı və buyurdu: "Bütün yer əhli öləcəkdir və artıq kimsə qalmayacaqdır. Ondan sonra Əzrayildən (ə), İlahi ərşi saxlayan mələklərdən, Cəbrayil (ə) və Mikayildən (ə)  savayı bütün səma əhli hamısı öləcəklər. Ölüm mələyi (ərşə) daxil olacaq və ona deyiləcəkdir: "Kimlər qalmışdır?".

Cavabında deyər: "Ey Pərvərdigar! Kimsə qalmamışdır, ölüm mələyindən, ərşi saxlayandan, Cəbrayil (ə) və Mikayildən (ə) başqa".

Ona görə Cəbrayil (ə) və Mikayil (ə) də ölərlər.

Bu zaman ərşi həml edənlər deyərlər: "Ey Pərvərdigar! Bu ikisi Sənin rəsulun və əminin idilər. (Niyə öldülər?)".

Allah Təala buyurar: "Mən ruha malik olan varlıq üçün ölümü təqdir etmişəm ki, gərək ölsün".

O zaman ölüm mələyi gələr və Allahın əzəməti qarşısında dayanar. Ona deyilər ki, kimlər qalmışdır?

Deyər:" Pərvərdigar! Heç kəs qalmamışdır, məgər ölüm mələyi və əşri saxlayanlardan başqa".

Ona deyilər ki, ərşi saxlayanlara de ki, onlar da ölsünlər.

Sonra ölüm mələyi gələr və Allahın əzəməti qarşısında başını aşağı salıb dayanar.

(adsgarden = window.adsgarden || []).push({});