Ölümü çox yada salmaq lazımdır ki...


Digərləri 01 Sen 2019 20:45:00 274 0

Ölümü çox yada salmaq lazımdır ki...

.Ölümü yada salmaq və onun haqqında danışmaq zahirdə acı görünsə də, müsəlman üçün çox lazımlıdır. Hamımız yaxşı bilirik ki, bu, elə bir dəvətdir ki, hər bir evin qapısına gələr. Ona görə də hədislərimiz buyurur ki, hər gün ölümü yada salın, çünki həyat tərzinizə çox təsir göstərər.

Həzrət Peyğəmbər (s) buyurur: "Ölümü çox yada salın. Çünki elə bəndə yoxdur ki, onu çoxlu yada salsın, məgər o halda ki, Allah ürəyini dirildər və ölməyi onun üçün asan edər".

İmam Sadiq (ə) buyurur: "Ölümü yada salmaq nəfsin xahişlərini öldürər, qəflətin kökünü kəsər, ürəyə İlahi vədələrlə güc verər, xasiyyəti yumşaldar, həvəsin bayraqlarını alt-üst edər, hərislik atəşini söndürər və dünyanı nəzərində kiçildər".

"O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) "salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun" deyərlər". ("Nəhl" 32).

"Mələklər özlərinə zülm etmiş kəslərin canlarını alan zaman, onlar təslim və itaətkar olar (və) "biz heç bir pis iş görmürdük" (deyərlər). "Xeyr (pis iş görürdünüz)! (Çünki) şübhəsiz Allah etdiklərinizi biləndir"". ("Nəhl" 28).

İmam Sadiq (ə) buyurur: "(Ölüm) mömin üçün ən xoş ətirli iydir ki, onu iyləyər və onun xoş iyindən onu yuxu aparar və ağrısı tamamilə aradan qalxar. Kafir üçün isə ilan və əqrəb sancmağı kimidir, bəlkə də daha ağrılı".

(adsgarden = window.adsgarden || []).push({});