Qaxda fındıq yığan qadını çaqqal dişlədi


Digərləri 01 Sen 2019 20:16:00 264 0

Qaxda fındıq yığan qadını çaqqal dişlədi

Qaxda 57 yaşlı qadını çaqqal dişləyib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində baş verib. Kənd sakini 1962-ci il təvəllüdlü Baraxaşvili Liya Solomon qızı fındıq bağında fındıq yığarkən çaqqal onun sol bud nahiyəsindən dişləyib.

Yaralını Qax Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə yardım göstərilib, yarası yuyulub-təmizlənib, quduzluq əleyhinə peyvənd vurulub və o, ambulator müayinə üçün evə buraxılıb.