2 yaşlı uşaq binanın 3cü mərtəbəsindən yıxıldı


Digərləri 01 Sen 2019 20:22:00 252 0

2 yaşlı uşaq binanın 3cü mərtəbəsindən yıxıldı

Mingəçevirdə 2 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Energetik yaşayış massivindəki Naxçıvan küçəsində baş verib.

Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb.

Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.