Cərcis peyğəmbərin kafir əmirə cavabı


Digərləri 01 Sen 2019 19:50:00 234 0

Cərcis peyğəmbərin kafir əmirə cavabı

Hədislərin birində oxuyuruq ki, Cərcis peyğəmbərin (ə) zamanında kafir bir əmir var idi. Qövmü çox fəsad əhli idi. Allah da ona görə yağışı onlara yağdırmırdı. Ona görə də insanların əksər hissəsi ölmüşdü.

O kafir əmir ayağa qalxır və ordusunu toplayır. Ordusu ilə birlikdə Cərcisin qapısına gəlir. Cərcisə xəbər verirlər ki, bəs bu kafir sənin qapına ordu çəkmişdir. O, deyir: "Ey Cəbrayil! Allah Təalanın xəbəri vardırmı ki, bu kafir nə deyir?".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Cəbrayil (ə) gedir və qayıdır. Sonra deyir: "Ey Cərcis! Allah buyurur ki, de: "Mən zəif və acizəm, Allah isə qadir və güclü. Allahı incitməyə qüdrətləri çatarmı?"".

Cərcis Allahın müraciətini onlara çatdırır, kafir deyir: "Düz deyirsən. Mən aciz və zəifəm və onu incitməyə qüdrətim çatmaz. Ancaq onun dostlarını incidə bilərəm. Birinə şallaq vuraram, birini qılınc altından keçirdərəm, birini suya ataram, birini atəşə ataram.

Dostlarını incitsəm, Onu incitmiş olaram".

Allah Təala Cəbrayili (ə) göndərir ki, Cərcisə xəbər versin ki, yağış göndərəcəyəm. Əmir sarayına geri qayıdır və üç gün və üç gecə yağış yağır. Dördüncü günü günəş çıxır və bitkilər cücərməyə başlayır.

(adsgarden = window.adsgarden || []).push({});