Öncə Allahın razılığını düşünməli


Digərləri 01 Sen 2019 19:55:00 241 0

Öncə Allahın razılığını düşünməli

Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! İlahi təqvaya haqqı olduğu qədər riayət edin və Allahın razılığını əldə etmək üçün çalışın. Əmin olun ki, dünya fanidir və axirət cavidandır. Ona görə də axirət üçün iş görün. Sanki heç dünyada olmamısınız, davamlı olaraq axirətdə olmusunuz. Ey insanlar! Dünyanın bütün insanları qonaqdırlar. Nələri varsa, əmanətdir, bu qonaq gedər və əmanət də sahibinə geri qayıdar. Axirət - sadiq bir vədədir, orada qüdrətli və adil hakim hökm edər. Allah rəhmət etsin o kəsə ki, özünə baxar, möhləti varsa, qəbri üçün azuqə toplayar. Ölümü çatmamışdan və iş-işdən keçməmişdən əvvəl".

Təqva həmin daxili hasardır ki, insanın günah işlətməsinə mane olar. Əlbətə təqvanın dərəcələri vardır. İnsanın daxili məsuliyyət hissi və özünü saxlamağı - təqvadandır.

Son.az deyerler.org-a istinadən bildirir ki, təqvanın haqqı budur ki, təqva ən ali həddində olsun, nəinki aşağı. Bu, ona bənzəyir ki, insan selin qarşısını almaq üçün sədd çəkər və bu sədd bəzən zəif olar və bəzən də möhkəm. Təqva səddi hər nə qədər uca və möhkəm olarsa, gördüyü zərər də az olar. Şəhvət həmin seldir və sədd də həmin təqva.

Həzrət Peyğəmbər (s) bizə buyurur ki, Allah razılığını əldə etmək üçün çalışın.

Razılıq da 3 cür olur:

1. Allahın razılığı.

2. İnsanların razılığı.

3. Özünün razılığı.

(adsgarden = window.adsgarden || []).push({});