Həzrət Musanın Allah Təalaya sualları


Digərləri 01 Sen 2019 19:20:00 219 0

Həzrət Musanın  Allah Təalaya sualları

İmam Həsən Əsgəri (ə) buyurur: "Musa ibn İmran Allahdan soruşdu:

-Allahım, mənim Sənin elçin və peyğəmbərin olmağıma və Səninlə danışmağıma şəhadət verənin əvəzi nədir?

Allah:

-Mələklərim ona sarı gələcək və onu cənnətlə müjdələyəcək.

Musa:

-Həmişə Sənin önündə dayanıb namaz qılan bəndənin əvəzi nədir?

Allah:

-Onun ruku, qiyam və səcdələrinə görə mələklərim önündə fəxr edərəm. Fəxr etdiyim bir şəxsi isə cəzalandırmaram.

Musa:

-Sənin razılığını qazanmaq məqsədi ilə bir kimsəsizi doyuzduranın əvəzi nədir?

Allah: -Bütün kainatın fövqündə Carçının belə səslənməsinə göstəriş verərəm: "Filankəsin oğlu filankəs Cəhənnəm atəşindən qurtulanlardandır!"

Musa:

-Qohumluq əlaqələrini qoruyub saxlayanın (siləyi-rəhm edənin) əvəzi nədir?

Allah:

-Ölümünü yubadaram, canvermə anını asanlaşdıraram. Cənnət xəzinədarları onu "Bizə sarı gəl, istədiyin qapıdan cənnətə daxil ol", deyə səsləyəcəklər.

Musa: -Camaata pislik etməyən, yalnız xeyir işlər görən şəxsin əvəzi nədir?

Allah:

-Qiyamət günü atəş ona səslənəcək: "Sənin mənə girişin qadağandır".

Musa:

-Səni qəlbi və dili ilə xatırlayan şəxsin əvəzi nədir?

Allah:

-Ey Musa, Qiyamətdə onu ərşimin kölgəsində saxlayıb öz himayəmə götürərəm.

Musa:

-Gizlin və aşkar, dərin mənalı ayələrini qiraət edən şəxsin əvəzi nədir?

Allah:

-Ey Musa, o, siratdan ildırım surəti ilə keçəcək.

Musa: -Sənin razılığını əldə etmək qəsdiilə başqalarının azab-əziyyətinə dözən kimsənin əvəzi nədir?

Allah:

-Qiyamətin qorxulu anlarında ona yardımçı olaram.

(adsgarden = window.adsgarden || []).push({});