Türkiyə HHQ İraqın şimalında 4 PKK terrorçusunu zərərsizləşdirib


Dünya 01 Sen 2019 19:37:00 197 0

Türkiyə HHQ İraqın şimalında 4 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, zərbələr İraqın şimalında yerləşən Metina və Qara rayonlarına endirilib.

Bildirilir ki, hava zərbələri nəticəsində 4 PKK terror qruplaşmasının üzvü zərərsizləşdirilib.

Qeyd edilir ki, bu gün İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı 9-a çatıb.