MercedesBenz üç qoşulan hibrid hazırlayıb FOTO


Digərləri 01 Sen 2019 19:01:00 261 0

MercedesBenz üç qoşulan hibrid hazırlayıb  FOTO

Mercedes-Benz şirkəti model xəttində olan elektrikləşdirilmiş modellərin sayını artırmağa davam edir. Bu dəfə alman istehsalçı üç yığcam modelin - A-Class hetçbek və sedanının, həmçinin B-Class kompaktveninin hibrid modifikasiyalarını təqdim edib. Avromobillərin indeksinə "e" hərfi əlavə edərək, onları EQ Power emblemləri ilə işarələyiblər.

Hər üç modelin təchiz edilidiyi hibrid güc qurğusunun tərkibinə 163 at qüvvəsi hasil edən 1,33-litrlik benziun turbomühərriki və iki muftalı 8-pilləli avtomatik ötürmələr qutusuna quraşdırılmış 102 at qüvvəli elektromotor daxildir. Güc qurğusunun ümumi hasilatı 218 at qüvvəsi və 450 Nm fırlanma anı təşkil edir.

Son.az autograph.az-a istinadən bildirir ki, hibrid hetçbek 100 km/saat həddini 6,6 saniyəyə toplayır. Sedan bu işə - 6,7, kompaktven isə 6,8 saniyə sərf edir. A 250e və B 250e modellərinin maksimal sürəti 235 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Sedan kuzovlu hibrid isə, 240 km/saata qədər sürətlənə bilər. Elektrik ötrüməsi ilə avtomobillər 140 km/saata qədər sürətlənə bilirlər.

Hibridlərin təchiz edildiyi batareyanın tutumu 15,6 kilovat-saatdır. Sırf elektrik ötürməsi ilə avtomobillər 69 km qət edirlər. Daimi cərəyan mənbəyindən avtomobili 25 dəqiqəyə, dəyişən cərəyan mənbəyindən isə, 1 saat 45 dəqiqəyə doldurmaq mümkündür.

DYM-nə malik olan avtomobillər ilk dəfə olaraq 12-voltluq startyorla təchiz edilməyiblər: benzin mühərrikinin işə salınması birbaşa elektromotora həvalə olunub.

(adsgarden = window.adsgarden || []).push({});