LG yeni K50S və K40S smartfonlarını təqdim edib


Digərləri 01 Sen 2019 18:45:00 196 0

LG yeni K50S və K40S smartfonlarını təqdim edib

LG Koreya markası rəsmi olaraq orta bazar seqmentinə aid olan iki yeni K50 və K40 smartfonunu təqdim edib.

Son.az ted.az-a istinadən bildirir ki, öz növbəsində, hər iki model tezliklə planlaşdırılan IFA 2019 sərgisində nümayiş olunacaq. Yeniliklərdə güclü səkkiznüvəli prosessorlardan istifadə edilib. K40S smartfonuna gəldikdə isə burada 6,1 düymlük yüksək ekran göstəricisi və 3 GB operativ yaddaş tətbiq edilib. Daxili yaddaşın ölçüsü 32 GB təşkil edir.

Qacetin əsas kamerası 13+5 meqapikseldə iki obyektiv alıb. Daha inkişaf etmiş LG K50S yeniliyi 6,5 düymlük böyük bir ekran, eləcə də 13+2+5 meqapiksel üçqat kameraya malikdir. 4000 mAs batareyasına görə smartfon təkmilləşdirilmiş avtonomluqla öyünə bilər.

(adsgarden = window.adsgarden || []).push({});