Səhər tezdən ailəli bacısını yad kişi ilə tutdu, sonra...


Digərləri 01 Sen 2019 18:12:00 332 0

Səhər tezdən ailəli bacısını yad kişi ilə tutdu, sonra...

Biləsuvar rayonunda bacısı ilə intim münasibətdə olan həmyerlisini öldürməkdə təqsirli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Əli Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Əli Süleymanovun bacısı Ramilə ailəli olub (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.), amma hadisədən bir müddət əvvəl ərindən ayrılıb.

Bacısından sevgilisindən ayrılmasını tələb etdi

Ramilə atası Samir və anası Tamara ilə birlikdə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən "Muğan Qışlaq" otlaq sahəsində çoban yatağında yaşayıb.

Əli Süleymanov "Muğan-Qışlaq" otlaq sahəsindəki digər çoban yatağında yaşayan Natiq Səmədov ilə bacısının intim münasibətlərdə olmasını eşidib. Əli dəfələrlə onlardan münasibətlərinə son qoymalarını tələb edib. Amma onlar Əlinin bu tələbinə əhəmiyyət verməyiblər, görüşməkdə davam ediblər.

Əli Süleymanov 25 dekabr 2016-cı il tarixdə, saat 15 radələrində yaşadığı Bakı şəhərindən "Muğan-Qışlaq" otlaq sahəsinə gəlib. Orada yaşayan qohumu Rasimin Məşhəd ziyarətindən qayıtması münasibətilə təşkil olunmuş məclisdə iştirak edib.

Bacısının evdən çıxdığını gördü

Sonra o, axşam saat 20 radələrində valideynlərinin yaşadığı çoban yatağına gəlib. Həmin gecə Əli atası, anası, bacısı və onlarda qonaq olan xalası Rəsmiyyə ilə bir alaçıqda yatıb.

Ertəsi gün, səhər saat 06.30-da Əli bacısı Ramilənin evdən çıxdığını bilib. Onun Natiq ilə görüşə getdiyi və onların bir yerdə olduğunu başa düşüb. Əli onların münasibətlərinə son qoymaq üçün Natiqi öldürmək qərarına gəlib.

Bacısını otlaqda tutdu

Bu məqsədlə Əli evdən bıçaq götürüb və Natiqin valideynləri ilə yaşadığı, təxminən 2000 metr aralıdakı evə gedib. O, təqribən 470 metr məsafə qət etdikdən sonra saat 06.45-də Natiqin bacısı Ramilə ilə otlaq sahəsində söhbət etdiklərini görüb.

Bu zaman Əli onlara yaxınlaşaraq Natiqi söyüb, bıçaqla onun döş qəfəsinə bir neçə xəsarət yetirib. Ürək nahiyəsindən xəsarət alan Natiq hadisə yerində ölüb.

13 il cəza, ciddi rejim

İstintaq orqanı tərəfindən Əli Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.