17 yaşlı oğlan öz sevgilisini güllələdi


Dünya 01 Sen 2019 18:13:00 217 0

17 yaşlı oğlan öz sevgilisini güllələdi

Türkiyənin Dənizli şəhərində cinayət hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, 15 yaşlı Zeynəb Atagül, sevgilisinin doğum günündə sevgilisi tərəfindən tüfənglə qətlə yetirilib.

Cinayətdən dərhal sonra nəzarətə götürülən 17 yaşlı U.K, tüfəngin təsadüfən açıldığını bildirib.

Qətliamdan sonra hadisə yerinə səhiyyə və polis işçiləri cəlb edilib.

Həkimlər Atagülün elə hadisə yerindəcə həyatını itirdiyini söyləyiblər.