Dəbdəbəli Volvo S60 sedanı hibrid variantda


Digərləri 01 Sen 2019 18:10:00 197 0

Dəbdəbəli Volvo S60 sedanı hibrid variantda

İsveç avtomobil nəhəngi Volvo Volvo S60-ın təkmilləşdirilmiş hibrid sedanının Böyük Britaniya bazarına çıxdığını açıqlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, avtomobilin qüvvəsi indi 385 at gücünə çatıb. Bundan əlavə, təkmilləşdirilmiş sedanın peyda olmağı bazarın hazırki lideri BMW 3 Series-i "yıxmağa" imkan verəcək. Bununla yanaşı, 2 litrlik benzin mühərriki 299 at gücünə malikdir, halbuki sedanın elektrik aqreqatı 86 at gücündə idi. Şirkət bildirib ki, tam dolu batareya ilə 58 kilometrə qədər məsafə qət etmək mümkündür.

Yüz kilometrə qədər sürət cəmi 4,6 saniyə ərzində yığılır. Gələcəkdə mühəndislər mövcud güc səviyyəsini daha 14 at gücündə artıracaq təkmilləşdirilmiş proqram təminatını təklif edə biləcəklər.

(adsgarden = window.adsgarden || []).push({});