Casus proqramı Google Play Storeun filtrlərini keçməyə nail oldu


Digərləri 01 Sen 2019 17:10:00 239 0

Casus proqramı Google Play Storeun filtrlərini keçməyə nail oldu

Növbəti casus proqramı Android üçün əlavələrin rəsmi mağazası olan Google Play Store-un filtrlərini keçməyə nail olub. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Söhbət legitim proqrama tətbiq edilən, ilkin kodu iki ildən artıq GitHub-da açıq olan AhMyth komponentindən gedir.

AhMyth uzaqdan giriş üçün alətdir. Play Store-da bu arzuolunmaz proqramı ESET antivirus şirkətinin ekspertləri aşkarlayıblar. Mütəxəssislərin hesabatına görə, AhMyth musiqinin servis-striminqi funksiyasını icra edən Radio Balouch proqramına əlavə yüklənmə kimi mövcuddur.

ESET əməkdaşlarının sözlərinə görə, AhMyth Play Store-a düşməməli idi. Çünki bu RAT zərərvericisinin ilkin kodu çoxdan açıqdır. Deməli, Play Store-un təhlükəsizlik komandası onun haqqında bilməli idi.

"AhMyth-ın zərərli funksiyaları gizlədilməyib, obfuskasiya olunmayıb və bütövlükdə heç cür qorunmayıb. Başqa Android əlavədə onun iştirakını müəyyən etmək çox sadədir", - deyə mobil zərərli əlavələrin tədqiqatçısı Lukaş Ştefanko izah edir.

(adsgarden = window.adsgarden || []).push({});