Rusiya ilk insanrobotunu beynəlxalq kosmos stansiyasına göndərdi


Digərləri 01 Sen 2019 16:50:00 220 0

Rusiya ilk insanrobotunu beynəlxalq kosmos stansiyasına göndərdi

Rusiya, Fedor adlı bir insan-robotunu kosmosa göndərdi. Beynəlxalq Kosmos Stansiyasında olan kosmonavtlara kömək etməyi öyrənməsi məqsədiylə stansiyaya göndərilən Fedor, Rusiyanın kosmosa göndərdiyi ilk insan-robot olaraq tarixə düşdü. İnsanların hərəkətlərini təqlid edərək öyrənən robotun 7 sentyabr 2019 tarixinə qədər Beynəlxalq Kosmos Stansiyasında qalması və kosmonavtlara kömək etməyi öyrənməsi gözlənilir.

Son.az deyerler.org-a istinadən bildirir ki,  Rusiya, cümə axşamı günü insan-robot olan insansız bir raketi Beynəlxalq Kosmos Stansiyasına göndərdi. Raketin içərisində olan Fedor adlı insan-robot, Beynəlxalq Kosmos Stansiyasında 10 gün keçirərək kosmonavtlara kömək etməyi öyrənəcək. 'Final Experimental Demonstration Object Research'-ın qısaltması olan Fedor, Rusiya tərəfindən kosmosa göndərilən ilk insan-robot olaraq da tarixə düşdü.

Kosmonavtların yerinə Skybot F850 kimi də tanınan Fedor, pilot kreslosuna oturduldu və əlinə kiçik bir Rusiya bayrağı verildi.

Rusiyanın insan-robotu, 1,80 metr boyunda və 160 kiloqram ağırlığındadır.

(adsgarden = window.adsgarden || []).push({});