Tez doğulan körpələrin gözündə bu problem varsa…


Digərləri 01 Sen 2019 16:15:00 232 0

Tez doğulan körpələrin gözündə bu problem varsa…

"Erkən, yəni 32 həftədən tez doğulmuş və yaxud çəkisi 1500 qramdan az olan körpələrdə bir sıra hallarda Rop-erkən doğulanların retinopatiyası xəstəliyi müşahidə edilir".

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu vitreoretinal göz cərrahı, Respublika Müalicəvi Dinaqnostika Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru Tural Qəlbinur açıqlayıb.

Həkim qeyd edib ki, xəstəliyin simptomları özünü çox gec büruzə verir. Onun sözlərinə görə, belə xəstələrə üç ayına qədər müdaxilə edilməlidir: "Əsas simptom körpənin erkən doğulmasıdır. Bu, artıq oftalmoloq-retinoloq müayinəsindən keçməyə səbəbdir. Gecikmiş halda gətirilən körpələrə isə müdaxilə üçün çox gec olur. Torlu qişanın qopması əmələ gəlirsə, artıq bu, geri dönməz korluqla nəticələnir. Biz bu xəstəliyin inkişaf etmiş mərhələlərində də əməliyyat edirik. Təəssüflə qeyd etmək istəyirəm ki, cərrahi müdaxiləyə baxmayaraq, bütün körpələrə kömək etmək mümkün olmur. İlkin diaqnoz qoyulduqda, lazer koaqulyasiyası və yaxud gözdaxili inyeksiyalar vasitəsilə bu problemin qarşısını almaq mümkündür".

(adsgarden = window.adsgarden || []).push({});