Cennifer Lopez, Penelopa Kruz bu pəhrizlə arıqlayıb


Digərləri 01 Sen 2019 15:45:00 236 0

Cennifer Lopez, Penelopa Kruz bu pəhrizlə arıqlayıb

Bütün dünyada məşhur olan Dukan pəhrizi fransız həkim və qida mütəxəssisi Pyer Dukan tərəfindən kəşf olunub. 2000-ci ildə mütəxəssisin "Necə arıqlayacağımı bilmirəm" ("I don't know how to get slimmer") adlı kitabı nəşr olunandan sonra pəhriz getdikcə daha çox populyarlıq qazanmağa başlayıb. Bu pəhriz sayəsində Cennifer Lopez, Karl Laqerfeld, Penelopa Kruz, Jizel Bundhen kimi tanınmışlar artıq çəkilərindən qurtulublar.

Dukan pəhrizinin bütün dünyada yayılmasının əsas səbəbi tez effekt verməsi və nəticənin qalıcı olmasıdır. Bu pəhrizlə 1 həftə ərzində 5 kilo arıqlamağın mümkün olduğu deyilir.

4 mərhələdən ibarət pəhriz proqramının ilk iki mərhələsi arıqlayıb, normal çəkiyə düşməyə kömək edir. Üçüncü və dördüncü mərhələ isə əldə olunan nəticənin qorunmasına imkan verir.

Birinci mərhələ: Hücum

Bu mərhələdə bədəndəki su sürətlə atılır, metoblizm sürətlənir və qısa zamanda xeyli çəki itirilir. Pəhrizin müddəti aşağıdakı kimidir:

10-20 kq artıq çəkisi olanlar - 3-5 gün

20-30 kq artıq çəkisi olanlar - 5-7 gün

30 kq və daha artıq çəkisi olanlar - 5-10 gün

10 gündən artıq davam etdirmək olmaz.

Birinci mərhələdə zülalla zəngin ərzaqlarla qidalanmaq lazımdır. Bura yağsız dana əti, toyuq, hinduşka, balıq, yumurta, yağsız süd, yağsız pendir, yağsız qatıq, yulaf kəpəyi olmaqla ümumilikdə 72 qida daxildir.

İkinci mərhələ: Müşahidə

Bu mərhələdə qida rasionuna tərəvəzlər də əlavə olunur. Yeyə biləcəyiniz tərəvəzlər bunlardır: pomidor, xiyar, badımcan, təzə lobya, kələm, qabaq, kök, turp, brokkoli, kərəviz, ispanaq, cəfəri, şüyüd, kəvər və göbələk. Tərkibində çox miqdarda karbohidrat olan tərəvəzlər (kartof, qarğıdalı, noxud və s.) bura daxil deyil. Bunlarla yanaşı, hər gün 2 xörək qaşığı miqdarında yulaf kəpəyi yeməyi unutmayın. Müşahidə mərhələsinin müddəti şəxsin atmaq istədiyi hər kiloya bir həftə olaraq hesablanır.

(adsgarden = window.adsgarden || []).push({});