Siqaret (qəlyan) necə öldürür?


Digərləri 01 Sen 2019 15:15:00 223 0

Siqaret (qəlyan) necə öldürür?

"Tütün tüstüsü təhlükəlidir!" Aidiyyəti qurumlar illərdir, həyəcan təbili çalır.

Siqaret çəkən milyonlarla insan çox vaxt tütün tüstüsünün zərərləri barədə bilgisiz olur.

Tütün tüstüsünün tərkibində 4 mindən çox kimyəvi, xərçəng xəstəliyi yaradan 40-dan çox kanserogen maddə var.

Son.az e-tibb.az-a istinadən bildirir ki, tütün həqiqətən öldürür. Siqaret çəkmək ölümlə nəticələnən 3 əsas xəstəliyin inkişafına səbəb olur: 90 faiz hallarda ağciyər xərçəngi, 75 faiz hallarda xroniki bronxit, emfizema və 25 faiz hallarda ürəyin işemiyası.

Aktiv siqaret çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və on iki barmaq bağırsağın xərçənginin, xroniki xəstəliklərin yaranması ehtimalı yüksəkdir. Passiv siqaret çəkənlərdə də ağciyər xərçənginin əmələ gəlməsi əsas risk sırasındadır.

Siqaret çəkmək ağciyərləri zədələyir və tütün çəkənləri vərəm infeksiyasına daha həssas edir. Siqaret insanın immun sistemini zəiflətdiyi üçün orqanizm vərəm infeksiyası ilə mübarizə apara bilmir.

Tütün çəkən şəxslərin xarici görünüşü də dəyişir, dişləri, dırnaqları saralır, dırnaqları tökülür.

Siqaret çəkən 30-40 yaşlı kişilərdə damarların daralması və qan dövranının ləngiməsi səbəbindən impotensiyanın inkişafı riski yaranır.

Nikotin insanı əsəb gərginliyində saxlayır, nəticədə stress hallarını daha da artırır.

(adsgarden = window.adsgarden || []).push({});