“Eternity - 2019” təlimində iştirak edəcək heyət üçün mədəni-kütləvi tədbir keçirilib (FOTO)


Digərləri 01 Sen 2019 14:54:10 170 0

“Eternity - 2019” təlimində iştirak edəcək heyət üçün mədəni-kütləvi tədbir keçirilib (FOTO)

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Eternity - 2019” təlimində iştirak edəcək Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçuları üçün konsert proqramı təşkil olunub

Bakı. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Eternity - 2019” təlimində iştirak edəcək Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçuları üçün konsert proqramı təşkil olunub. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan xalq mahnıları, hərbi marşlar və müxtəlif xalqların musiqiləri səsləndirilib, o cümlədən rəngarəng rəqslər təqdim olunub.