Bu hallarda ilk yardımı hər kəs bilməlidir –


Digərləri 01 Sen 2019 14:45:00 231 0

Bu hallarda ilk yardımı hər kəs bilməlidir –

Dəniz, hovuz mövsümündə bogulmalar nəticəsində itirilən həyatlar artır. Bəzən ilk yardıma da gecikirik . Bəzən bəlkə bacarmırıq. İlk yardımı hər kəs bilməlidir. Amma bilməyənin yardım etməsi həm vaxt itkisi, həm təhlükəlidir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim - pediatr Aytən İsmayilzadə açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, ilk yardımda ilk mərhlələr önəmlidir və bu, təkcə suda boğulma zamanı deyil, həm elektrik vurma, həm ürək dayanmasından şübhə etdiyimiz digər hallarda tətbiq edilir:

1.Nəfəs yolunun açıq olub olmadığından əmin olmaq 2.Tənəffus dayanmışdırsa süni nəfəs vermək 3.Ürək işləmirsə ürək massajı etmək. İşləyən ürək masaj edilməz! Məqsəd bayırdan təzyiq edilərək ürək daxilindəki qanı qovmaqla onun özünün işləməsinə yardım etməkdir. Yuxu arteriyasında nəbzin olub-olmamasına baxaraq bundan əmin olmaq lazımdır. Masajı var güclə etmək olmaz. Adamın sağ tərəfində oturmaq lazımdır -döş sümüyünün aşağı ucunda 2-3 barmaq yuxarı nöqtə işarələnməlidir -basılan gücün bir nöqtədən verilməsi şərtdir ona görə də basan əlinizin barmaqları döş qəfəsinə təmas etməli deyil. Hər basanda döş qəfəsi 4 sm qədər enməlidir -dəqiqədə 80-100 dəfə olmaqla icra edilməlidir. Massaj edərkən əlin döş qəfəsi üzərində yeri dəyişməli deyil. Hər üç dəqiqədən bir ürəyin işləyib -işləmədiyini nəbz ilə yoxlamaq lazımdır . Ürək hələ işləməsə də, təcili yardım gəlinədək buna davam etmək lazımdır. Bir yaşdan kiçik uşaqlarda əlin 3-4 barmağını döş qəfəsi ortasında iki məmə arasında 1-1,5sm aşağıya doğru nöqtəyə qoymaqla döş qəfəsini 1.5-3 sm basacaq dərəcədə yüngül təzyiq edilməklə olunur.

(adsgarden = window.adsgarden || []).push({});