Soyuqdəymədən qorunmağın ən sadə yolu


Digərləri 01 Sen 2019 14:50:00 282 0

Soyuqdəymədən qorunmağın ən sadə yolu

Moskvanın səhiyyə departamentinin nümayəndəsi Andrey Tyajelnikov, nəfəs yollarını zədələyən xəstəliklərə qarşı mübarizə yolu kimi, insanların çox olan yerlərdə cib dəsmalından istifadə zamanı ona bir miqdar ardıc, sidr, və ya çay ağacı yağını damızdırmağı məsləhət görür.

Son.az deyerler.org-a istinadən bildirir ki,  yaşlı əhaliyə ilkin sanitar-tibbi xidmətin göstərilməsi üzrə departamentinin eksperti bildirmişdir ki, ardıcın, sidrin, çay ağacının, mirranın, evkaliptin və şam iynələrinin tərkibində göbələyi, bakteriyaları məhv edərək, virusların aktivliyinin qarşısını alan bioloji aktiv maddələr var.

Mütəxəssis qeyd edir ki, bu növ yağlar otaq havasının təravətli olması üçün ətirləndirici lampalarda, eyni zamanda hamam vannası qəbulu zamanı istifadə edilir. Soyuq ayların daxil olmasıyla xəstəliklərə yoluxmaq riskinin artmasına görə, ekspert bu yağlardan, üstümüzdə gəzdirdiyimiz cib dəsmalına bir-iki damcı damızdırmağı məsləhət görür.

(adsgarden = window.adsgarden || []).push({});