Satışa ucuz smartfon daxil oldu –


Digərləri 01 Sen 2019 14:20:00 236 0

Satışa ucuz smartfon daxil oldu –

Tayvan markası HTC bir həftə əvvəl Hindistanda təqdim olunan yeni büdcə smartfonunun satışına başladığını açıqlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, cihaz 6,2 düymlük yüksək göstəricili ekran, eləcə də MediaTek Helio P22 inkişaf etmiş çipset əldə edib. Komplektləşmədən asılı olaraq, qacetin operativ yaddaşının həcmi 3-4 GB-a bərabərdir. Həmçinin 32-dən 128 GB-a qədər quraşdırılmış yaddaş həcmində fərqlər var. Əsas kamera 12+8+5 Mp üçqat obyektiv alıb.

Qacetin üstünlükləri arasında, həmçinin simsiz enerji təchizatı dəstəyi ilə 3300 mAs-da gücləndirilmiş batareya da var. Cihazı minimum komplektləşmədə 155 dollara almaq olar. Wildfire X-ın daha məhsuldar modifikasiyası bazarda 195 dollara mövcuddur. Satışların ilk günləri smartfon versiyalarından hər hansı birinə 15 dollar endirimlə müşayiət olunur.

(adsgarden = window.adsgarden || []).push({});