Kaspersky Lab spam zənglərin daha intensiv olduğu vaxtları müəyyənləşdirdi


Digərləri 01 Sen 2019 14:10:00 240 0

Kaspersky Lab spam zənglərin daha intensiv olduğu vaxtları müəyyənləşdirdi

Dünyada hər dörd smartfon istifadəçisindən üçünə (smartfon istifadəçilərinin 72 faizinə) hər ay spam zənglər gəlir. Spamerlər daha çox cümə axşamı və cümə günləri saat 16:00-18:00 aralığında zəng edirlər.

Son.az ted.az-a istinadən bildirir ki, bu barədə Kaspersky Lab şirkətinin məlumatında qeyd olunub.

Arzuolunmaz zənglər siyahısının ilk onluğuna kollektorlar və reklam zəngləri, riskli maliyyə əməliyyatları və investisiya təklifləri daxildir.

"Spam zənglər abonentləri bərk əsəbiləşdirir. Hesablamalarımıza görə, naməlum nömrələrdən gələn zənglərin spam olma ehtimalı 70 faizə bərabərdir. Buna görə də telefon zəngini cavablandırmadan kimin zəng etdiyini müəyyənləşdirən həllərə tələbat artır. Bu həllər sizə lazımsız danışıqlardan qaçmağa yardım edəcək", - deyə Kaspersky Lab şirkətinin sistem analitiki Dmitri Volqin bildirib.

(adsgarden = window.adsgarden || []).push({});