Gürcüstanın istehsal etdiyi elektromobil belə adlanacaq


Digərləri 01 Sen 2019 13:55:00 236 0

Gürcüstanın istehsal etdiyi elektromobil belə adlanacaq

Gürcüstan ilk dəfə istehsal edəcəyi elektromobillər "Orvo" adlanacaq. "Orvo" qədim Kolxidi dilindən tərcümədə "Səkkizlik" (sonsuzluq) deməkdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə avtomobilin sənaye üzrə dizayneri Zviad Tsikoliya məlumat verib.

Onun sözlərinə görə, bu ideyanın müəllifi Gürcüstan Texniki Universitetinin professoru, İDS Beynəlxalq Dizayn Məktəbinin lektoru Qiqa Xatiaşvilidir.

Məlumat üçün qeyd edək ki, regionda ilk elektromobil zavodunun Gürcüstanın Kutaisi şəhərində tikilməsi ilə bağlı bu ölkənin "Igroup" və Çinin "Changan Automobile" konsorsiumu arasında memorandum imzalanıb.

(adsgarden = window.adsgarden || []).push({});