Təkrar böyrək köçürülməsi nədən baş verir?


Digərləri 01 Sen 2019 13:45:00 267 0

Təkrar böyrək köçürülməsi nədən baş verir?

Böyrəklər həyati vacib orqanlarımızdan biridir. İnsan orqanizminin filtri rolunu oynayan böyrək sidikdə, qanda və toxumalarda yığılan müxtəlif zərərli və artıq maddələri bədəndən xaric edir. Sutka ərzində böyrəklərdən orta hesabla 1800 litr qan keçir və bunun nəticəsində təxminən 1,5 litr sidik əmələ gəlir. Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa orqanların fəaliyyətinin pisləşməsinə gətirib çıxarır. Böyrəyin fəaliyyətinin pisləşməsi insanın hemodializ müalicəsi almasına səbəb olur. Hemodializ  böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur. Böyrəyin funksiyasını itirməsi orqanizmə yeni böyrəyin köçürülməsinə zəmin yaradır. Uzun illərdir ki,  dünyada, eləcə də Azərbaycanda böyrək transplantasiyası əməliyyatları icra olunur və çoxu da uğurla nəticələnir. Bəzən isə köçürülən orqan bədən tərəfinfən qəbul olunmur. Bu kimi halllarda isə təbii ki, təkrar orqan transplantasiyasına ehtiyac duyulur.

Son.az e-tibb.az-a istinadən bildirir ki, son zamanlar mediada vaxtilə böyrək köçürülmüş şəxlərə təkrar orqan transplantasiyası barədə məlumatlara tez-tez rast gəlinir.  Təkrar transplantasiya əməliyyatları barədə məlumatlar isə bir çox suallar doğurur. Təkrar böyrək köçürmə əməliyyatlarına səbəb olan amillər hansılardır? Yenidən böyrək köçürməyin hansı riskləri var? Orqan köçürüləndən neçə müddət sonra təkrar orqan itirilməsi ola bilər? 

"Köçürülən hər bir orqan müəyyən vaxtdan sonra işləməyə bilər"

Səhiyyə Nazirliyinin Baş nefroloqu, M.Cavadzadə adına Respublika Urologiya Xəstəxanasının şöbə müdiri Fariz Babayev bildirib ki, hazırda ölkədə 3780 xəstə hemodializ olunur: "Eyni zamanda təkrar hemodializə düşən xəstələr də olur. Bu, dünyanın hər yerində belədir. Böyrək köçürülməsindən sonra həmin orqanın nə qədər fəaliyyət göstərəcəyini əvvəlcədən müəyyən etmək mümkün deyil. Ola bilər ki, həmin böyrək 1 ay, 5 ay, 10 il, 20 il və s. xidmət etsin. Əgər zamanla o böyrəkdə problem yaransa, həmin xəstənin təkrar orqan transplantasiyası olunması ehtimalı yaranır. Orqan köçürülməsindən sonra təkrar dializə düşən xəstələrimiz var, amma bu o demək deyil ki, onların əməliyyatı keyfiyyətsiz olub və yaxud orqan düzgün seçilməyib. Köçürülən hər bir orqan müəyyən zamandan sonra həmin xəstəyə xidmət etməyə bilər və xəstə yenidən dializə düşə bilər".

F.Babayev qeyd edib ki, hazırda ən kiçik yaşlı dializ xəstəsinin 4, ən yaşlı dializ xəstəsinin isə 87 yaşı var: "Çox təəssüf ki, dializ xəstlərinin əksəriyyəti orta yaş həddindədir".

Transplantasiyadan sonrakı 5 ildə 15 faiz, 10 il ərzində 30 faiz orqan itkisi...

Tibb üzrə fəlsəfə doktoru, transplant nefroloq Elnur Fərəcov bildirib ki, birinci orqan köçürülməsinin uğursuzluğu nəticələnəndə ikinci dəfə yenidən böyrək köçürülür: "Bəzən hətta üçüncü və ya dördüncü dəfə də orqan köçürülməsi həyata keçirilir. Əgər xəstəyə yenidən böyrək çatışmazlığı diaqnozu qoyulursa və orqan itkisi baş verirsə, bu zaman ikinci dəfə böyrək transplantasiyası həyata keçirilir. Orqan itkisi ilə bağlı faktorlar müxtəlifdir. Bunun üçün bir neçə şərt var. Əsas şərtlərdən biri xəstənin özünə düzgün baxması, verilən qaydalara əməl etməsi, dərman preparatlarını vaxtlı-vaxtında qəbul etməsi və s.-dir. Hər hansı fəsadların baş verməməsi üçün planlı şəkildə müayinələr var ki, mütəmadi şəkildə bu müayinələrdən keçmək lazımdır. Bunlar orqanın fəaliyyəti üçün çox önəmli şərtlərdir. Dünyada orqan transplantasiyasının 1 illik, 3 illik, 5 illik, 10 illik nəticələrilə bağlı orta statistikalar olur. Məsələn, bir illik statistika ilə bağlı 96-97 faiz orqanın qalma, 2-3 faiz orqanın isə itkisi ehtimalı var. Növbəti illərdə orqanın itirilməsi ehtimalı çoxalır. Məsələn, təxminən 5 il ərzində 15 faiz, 10 il ərzində 30 faiz orqan itkisi baş verə bilir. Orqan itkisi olanda isə təkrar orqan köçürülməsinə ehtiyac yaranır. Orqan itkisinə gəldikdə qeyd etməliyəm ki, hər bir xəstə individualdır. Birinci dəfə orqan itkisindən, ikinci orqanın orqanizmə nə qədər uyğun olub-olmamasından çox şey asılıdır. Bunu bir sözlə ifadə etmək üçün standartlar yoxdur".

Azərbaycanda ən çox orqan köçürülməsini həyata keçirən ümumi cərrah, transplantoloq Mircəlal Kazımi bildirib ki, orqan köçürülməsi əməliyyatları mürəkkəb əməliyyatlar qrupuna aiddir: "Bu əməliyyatların icrası çox mürəkkəb prosesləri özündə əhatə edir. Belə ki, xəstələr əməliyyatdan qabaqkı müddətdə xüsusi hazırlıqlar keçir. Bu hazırlıqların nəticəsində onların donorlarla uyğunluğu təsbit edilir. Bütün bu mərhələlər bitdikdən sonra xəstənin əməliyyatına qərar verilir. Yəni bu əməliyyatın özünün hazırlığı belə sadə və bəsit bir mərhələ deyil. Əməliyyatın özü də çox mürəkkəb prosesdir. Bu mürəkkəb prosesdə sağlam şəxsdən böyrək alınır və həmin böyrək xəstə şəxsə köçürülür. Ancaq sadə bir təsəvvür yaranmasın ki, böyrək köçürmə əməliyyatında donordan böyrək götürüldü və xəstəyə köçürüldü.

Bədən köçürülən orqanı niyə qəbul etmir?

(adsgarden = window.adsgarden || []).push({});