“Fatihə” surəsinin təfsiri


Digərləri 01 Sen 2019 13:50:00 269 0

“Fatihə” surəsinin təfsiri

Ayədəki "aləmin" (aləmlər) sözünün mənasını müxtəlif təfsirçilər fərqli şəkillərdə izah etmişlər. Məlumdur ki, zaman, məkan və başqa xüsusiyətlər baxımından bir-biri ilə əlaqəsi olan cisimlərin məcmusuna "aləm" deyilir. Məsələn, cəmadat aləmi (cansız aləm) və heyvanat aləmi (canlı aləm), uşaqlıq aləmi, dünya aləmi, axirət aləmi və s.

Bəzi təfsirçilər ayədəki "aləmin" kəlməsini bu aləmdə yaşayan insanlara aid etmişlər. Yəni onların fikrincə, "rəbbül-aləmin" bu aləmdəki insanların rəbbi deməkdir. Şeyx Mühəmməd Rəşid Riza "əl-Mənar" təfsirində bu fikrin sübutu üçün bir neçə hədis göstərir və Quranın Fürqan surəsinin birinci ayəsində "aləmin" sözünün insanlar mənasında işləndiyini bildirir. Həmin ayədə deyilir:

"Aləmləri (Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Mühəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur!" (Fürqan, 1).

Son.az islam.az-a istinadən bildirir ki, bəzi təfsirçilər "aləmin" kəlməsinin çox geniş mənalar daşıdığını iddia edərək, Quranın aşağıdakı ayələrini sübut gətirmişlər:

"Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun!" (Casiyə, 36).

"Firon dedi: "Aləmlərin Rəbbi nədir?" (Musa: ) "Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların Rəbbidir!" - deyə cavab verdi" (Şüəra, 23-24).

Göründüyü kimi, bu ayələr Allahı nəinki insanlardan ibarət olan aləmin, həm də müxtəlif canlı növləri və cansız cisimlərlə dolu olan səmaların, yerin və bütün kainatın rəbbi kimi tanıtdırır. İmam Əliyə (ə) aid olan bir hədisdə də bu fikrin təzahürünü görürük: "Aləmlər hər növ cansız və canlı məxluqatın məcmusudur" (Nurüs-səqəleyn təfsiri, 1-ci cild, səh. 17).

Alimlərin bir qismi ayədəki "aləmin" ifadəsini dünya və axirət aləmləri kimi təfsir etmişlər. Bəziləri isə müasir makro-aləm və mikro-aləm anlayışlarına uyğun gələn bir nəzəriyyə ilə çıxış etmişlər. Bu nəzəriyyəyə görə, hər insan kiçik aləmdir, ətraf mühit isə böyük aləmi təşkil edir. Həqiqətən, insan nizam-intizamla qurulmuş və müxtəlif tərkib hissələrindən ibarət aləmə bənzəyir. Həzrət İmam Əli ibn Əbutalib (ə) öz şeirlərinin birində (Divani-Əmirəl-möminin, 599-600-cü beytlər) insana üz tutaraq buyururdu:

Dərman sənin öz içindədir, amma dərk etmirsən,

Dərd də sənin özündədir, amma görmürsən.

(adsgarden = window.adsgarden || []).push({});