İran Xəzərdə hərbi təlimlərə start verdi


Dünya 01 Sen 2019 12:58:00 218 0

İran Xəzərdə hərbi təlimlərə start verdi

İran ordusunun Hərbi Dəniz Qoşunları Xəzər dənizində "Davamlı Təhlükəsizlik" adlı hərbi təlimlərinə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hərbi təlimlər sülh və dostluq müraciətini daşıyır. Təlimlərdə məqsəd dənizdə döyüş bacarığının yüksəldilməsidir.

İranın gəmi və uçuş vasitələri, o cümlədən esmineslər, torpedalar, qırıcı təyyarələr və helikopterlər, piyada və komandoslar hərbi təlimdə iştirak edirlər.

Təlimlər 25,8 min dəniz mili ərazisində keçirilir.